Terroru dəstəkləyən dövlətlər - İran, Sudan, Kuba və Suriya

İran, Sudan, Kuba və Suriya hələ də ABŞ tərəfindən terroru dəstəkləyən dövlətlər hesab olunurlar. Bu dövlətlərin adı Dövlət Departamentinin 2009-cu ildə dünyada terrorçuluq adlı hesabatında terroru dəstəkləyən ölkələr siyahısına salınıb.

Sənəddə deyilir ki, İran Livanda Fələstində, İraqda və Əfqanıstanda terrorçu təşkilatları xüsusi fəallıqla dəstəkləyir.

Ötən il olduğu kimi bu il də Şimali Koreyanın adı terroru dəstəkləyən ölkələr siyahısına salınmayıb.

ABŞ üçün əsas təhlükə xüsusi ilə Yəmən, Pakistan və Somalidə fəal olan Əl-Qaidə terror təşkilatıdır.