Yazıçı Əlabbasın yeni kitabı çapdan çıxıb

“Qiyamçı” romanI ilə Milli Kitab Müsabiqəsinin xüsusi mükafatını almış yazıçı Əlabbasın yeni kitabı çapdan çıxıb.

“Qaraqovaq çölləri” adlanan kitab müharibə mövzusundadır.

Kitabda “Qaraqovaq çölləri” romanından başqa yazıçının «İkinci oğul» povesti və «Qul» hekayəsi də yer alıb.

«Qaraqovaq çölləri» «Adiloğlu» nəşriyyatında 500 nüsxə ilə buraxılıb.

Bu, Əlabbasın sayca doqquzuncu kitabıdır.

“Yeni Müsavat”