Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılıb

Avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimi keçirilib.

Bu Akademiya prezidentin 2007-ci ilin iyununda verdiyi sərəncamla yaradılıb. Orada Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabitlər, komandir və qərargah zabitləri, elmi işçilər hazırlanacaq.