Yaponiya Cənubi Koreyadan rəsmən üzr istədi

Avqustun 10-da Yaponiya hökuməti keçmişdə Koreya yarımadasında müstəmləkə siyasəti apardığına görə rəsmən üzr istəyib.

Yazılı açıqlamada Yaponiyanın Baş naziri Naoto Kan 1910-1945-ci illərdə davam etmiş müstəmləkə rejimi zamanı zərər çəkmiş adamlardan üzr istədiyini qeyd edir.

Avqustun 15-də Cənubi Koreya 1945-ci ildə əldə etdiyi azadlığının ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır.

Cənubi Koreya bu üzr bəyanatını alqışlayıb, bildirib ki, bununla da iki ölkə arasında daha sıx münasibətlərin yaranacağına ümid edir.