Rusiya hökuməti deyir ki, yanğınsöndürənlər yanğın ərazisində alovuı söndürmək üçün iki yerə bölünüblər, amma hələ də şiddətlənən yanğınla mübarizə aparmaq olmur.
Fövqəladə Nazirlik rəsmiləri deyiblər ki, bu gün alov 93 mindən ha-dan çox ərazini əhatə eləyib. Bu günkü alovun yayılma sürəti əvvəlki günlərlə müqayisədə daha çoxdur.
Ölkə mətbuatında bu yanğınlar Rusiyanın tarixində ən pis yanğınlar kimi qiymətləndirilir.
İki həftədir davam edən meşə yanğınında 50-dən çox adam həlak olub.