Taxıl zəmisindən başlayan yanğn meşəliyə keçib

Qubanın Aşağı Xuc kəndində taxıl zəmisində güclü yanğın baş verib.

APA-nın mlumatına görə, təqribən 400 hektar biçilən taxıl sahəsi yanıb.

Hava isti və küləkli olduğundan alov yaxınlıqdakı meşəyə keçib.

Hazırda Quba və Qusar rayonları arasındakı meşə zolağının 2 hektarı yanıb.

Yanğınla mübarizəyə Quba və Xaçmaz rayonlarından yanğınsöndürən briqadalar cəlb olunub.

Əkin sahələrində yanğın söndürülsə də, meşə massivində hələlik buna nail olunmayıb.

Yanğının söndürülməsinə yerli əhali də cəlb olunub.