Türkmənistan BTC-yə qoşulur

Türkmənistan Bakı-Tbilisi-Ceyhan kəməriylə neft ötürməyə başlayıb.

Bu barədə bu gün BP Azərbaycan şirkəti bu gün məlumat verib.

Türkmənistan neftinin bu kəmərlə ötürülməsi ilə bağlı razılaşma iyulda imzalanıb.

Hazırda kəmərlə gün ərzində 800 min barel neft ötürülür ki, bunun 4-5 faizi Türkmənistanın payına düşür.

Avqustun sonu, sentyabrın əvəllərində neftin həcmini iki dəfə artırmaq nəzərdə tutulub.

Türkmənistan nefti Bakıya tankerlərlə çatdırılır.

Bakı-Tbilisi-Ceyhan kəməri Türkmənistana Rusiyadan yan keçməklə Avropaya neft ötürmək imkanı açır.