Pakistan müstəqillik gününü qeyd eləmir

Təbii fəlakətə görə Pakistanda müstəqillik günü münasibətilə nəzərdə tutulmüş bütün dövlət tədbirləri təxirə salınıb.

Pakistanda baş verən daşqınlarda, 1600-dən çox adam ölüb,14 milyon adam evsiz qalıb.

BMT-nin hesablamasına görə Pakistanda bərpa işlərinə milyardlarla dollar lazımdır.

BMT-nin Baş katibi Ban Ki Munun bu gün Pakistana səfəri və təbii fəlakət zonalarına baş çəkəcəyi gözlənilir.

Ban Ki Mun ilkin olaraq Pakistana təcili 450 milyon dollar yardım ayırmağa çağırıb.