Gənc yazarlar etiraz aksiyası keçiriblər

Avqustun 14-də Tbilisdə bir qrup gənc şair və yazıçı Corc Buş küçəsinin adının dəyişdirilməsi tələbiylə etiraz aksiyası keçiriblər.

Rusiyanın İTAR-TASS agentliyinin məlumatına görə, polis aksiyanı dağıdıb və etirazçılardan 3-nü saxlayıb.

Aksiya iştirakçıları bəyan ediblər ki, keçmiş ABŞ prezidenti Corc Buş "Amerika xalqının maraqlarına xidmət etmirdi".

Onlar təklif ediblər ki, küçəyə görkəmli Amerika şairi Uolt Uitmenin adı verilsin.

Buş küçəsi Tbilisinin mərkəzi hissəsində yerləşir.

Qızılgül inqilabından bir qədər sonra - 2005-ci ildə Buş Gürcüstana səfər etmiş və Tbilisiyə tam dəstək nümayiş etdirmişdi.

Qərbpərəst Saakaşvili hökuməti bundan sonra şəhərin küçələrindən birinə onun adını vermişdi.