Putin azərbaycanlı yanğınsöndürənləri mükafatlandırıb

Rusiyanın baş naziri Vladimir Putin meşə yanğınlarını söndürməkdə iştirak edən azərbaycanlı yanğınsöndürənləri mükafatlandırıb.

Baş nazir 19 pilota xatirə saatları təqdim edib.

Rusiya xilasediciləri ilə yanaşı Azərbaycan, Belarus, Türkiyə, Ukrayna və Fransadan olan heyətlərin üzvlərinə də mükafatlar təqdim olunub.

Putin həm təyyarəçilərə, həm də onların təmsil etdiyi ölkələrin hökumətlərinə təşəkkür edib.