Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanacaq

Bu ilin sentyabrında Azərbaycanla Rusiya arasında iqtisadi sahədə bir neçə sənəd imzalanacağı gözlənilir.


Bunu Azərbaycanla Rusiya arasında 2010-cu ilin birinci yarısında aparılan ticarət əməliyyatlarının yekunlarıyla bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı nümayəndəsi Yuri Şedrin bildirib.

O, qeyd edib ki, sənədlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmalıdır.

Bura sərhədlərin delimitasiyası, qorunması, regional əməkdaşlıq və s. sənədələr daxildir.