Rusiya Ermənistanın müdafiəsində yeni rol oynayacaq

Rusiya Ermənistandakı hərbi bazaların icarəsini 24 il uzadaraq ölkənin milli təhlükəsizliyinin müdafiəsiylə bağlı yeni rol oynayacaq.

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

O, qeyd edib ki, bu həftə Dimitri medvedevin ölkəyə səfəri zamanı belə bir razılaşma imzalanacaq.

Nalbandyan Rusiya televiziyasına müsahibəsində qeyd edib ki, bu hərbi bazalar Rusiyanın maraqlarıyla yanaşı, ermənistan qüvvələriylə birlikdə ölkənin təhlükəsizliyini də təmin edəcək.

Bundan başqa Rusiyanın köməkliyi ilə Ermənistanın müasir silah və hərbi texnika ilə təmin edilməsi nəzərdə tutulub.

Medvedevin Ermənistana avqustun 19-da gedəcəyi və həftə sonu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin qeyri-rəsmi sammitinə qatılacağı gözlənilir.