Notr Dam kilsəsinin Qozbeli dogurdan da varmiş

Viktor Hüqonun ən məşhur romani olan “Paris Notr Dam kilsəsi” əsərindəki qozbel Kvazimodo obrazi əsl həyatdan götürülüb.

Bunu ingilis tədqiqatçisi Adrian Glew bildirib.

Tate Collection beynəlxalq institutunda işləyən Adrian Glew deyir ki, Viktor Hüqo kitabi yazdigi dövrdə Notr Dam kilsəsində işləyən ingilis heykəltəraş Henry Sibon da öz gündəliyində Qvazimodo haqqinda qeydlər edibmiş.

Sibson onun haqqinda gündəliyində bunlari yazib:

“Burada ləqəbi Monsieur Le Bossu (cənab Qozbel) olan monsenyor Trajean adinda bir adamla tanis oldum.

Bu adam dogurdan da qozbeldir və çox istiqanli bir insandir”.

Elə bu cümlələr Kvazimodonun həyatdan götürüldüyü ehtimalini artirir.

Viktor Hüqonun 1831-ci ildə çap olunan və Fransada kral dövrünün qaranliq günlərindən də söz açan bu roman 6 ayda tamamlanib.

Viktor Hüqo bu romani xalqin diqqətini kilsənin bərpa edilməsinə yönəltmək üçün yazmisdi.

Sonralar əsər dogurdan da Notr Dam Kilsəsinin yenilənməsində böyük rol oynamişdi.

Əsərdə Kvazimodo gözəl qaraçı qızı Esmeraldaya vurulur.

Hüqonun anlatdığı bu qeyri-adi məhəbbət haqqında bir neçə dəfə kino da çəkilib.