Moskva metrosunu partladanlardan biri öldürülüb

Dğıstanda Moskva metrosunda törədilmiş terror aktlarının təşkilində şübhəli bilinən Maqomedali Vahabov öldürülüb.

Bu barədə milli antiterror komitəsi xəbər verir.

Vahabov və daha 5 yaraqlı, şənbə günü Qunib kəndində keçirilmiş xüsusi əməliyyat zamanı öldürülüb.

Bu ilin martında Moskva metrosunda törədilmiş partlayışlarda onlarla adam ölüb.