Əfsanəvi futbolçu Stjepan Bobek vəfat edib

Yuqoslaviyanın əfsanəvi futbolçusu avqustun 22-də 86 yaşında Belqradda vəfat edib.

Xorvatiya doğumlu Bobek 1945-1958-ci illərdə Partizan komandasında oynayıb. O, 468 oyunda 403 qol vurub.

Futbolçu kimi karyerasını başa vurandan sonra isə Stjepan Bobek Polşa, Tunis, Makedoniya və Yunanıstan milli komandalarının baş məşqçisi olub.