Filippinin paytaxtı Manilada keçmiş polis əməkdaşının girov götürdüyü girovlardan 7-i azad olunub. Azad olunanlardan 3-ü uşaqdır.
Keçmiş polis əməkdaşı 20-dən çox sərnişinin olduğu avtobusu bir neçə saat əvvəl girov götürmüşdü. Avtobus sərnişinlərinin çox Hon-Konqdan olan turistlərdir.
Avtobusu təhlükəsizlik qüvvələri mühasirəyə alıb.
Polis digər sərnişinlərin azad olunması üçün silahlı şəxslə danışıqları davam etdirir.