Əfqanıstan qüvvələrinə azı 1 il vaxt lazımdır

Əfqanıstanda təhlükəsizliyə görə cavabdehliyi üzərinə götermək üçün yerli ordu və polisə azı 1 il vaxt lazımdır.

Bunu Əfqanıstan qüvvələrinə təlim keçən NATO missiyasının komandanı, amerikalı general Uilyam Kolduell deyib.

Birləşmiş Ştatlar 2011-ci ilin iyulunda ordunu Əfqanıstandan çıxarmağa başlamaq fikrindədir.

Amma prezident Barak Obama bildirib ki, prosesin sürəti ölkədə təhlükəsizliyin vəziyyətindən aslı olacaq.