Keçmiş ABŞ prezidenti Şimali Koreyaya gedib

Keçmiş ABŞ prezidenti Cimmi Karter Şimali Koreyaya gedib.

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, onu Pxenyan hava limanında Şimali Koreyanın nüvə proqramıyla bağlı danışıqlarda ölkəni təmsil edən Kim
Ki Qvan qarşılayıb.

Məlumatlara görə səfərdə məqsəd Şimali Koreyada 8 il həbs cəzasına məhkum edilmiş ABŞ vətəndaşı Aycalona Qomesin azad olunmasına nail olmaqdır.

O, sərhəddi qanunsuz keçməkdə ittiham olunur.