FSB agentləri olan ər-arvadı öldürənləri axtarırlar

Rusiya hakimiyyəti FSB-də işləyən ər-arvadı öldürənləri axtarır.

Kabardin–Balkar Respublikasında istirahətdə olan həmin ər-arvad kafedə oturarkən 4 maskalı adam onları tutub, aparıb, yaxınlıqdakı çayın yanında güllələyib. Sonra onlar həmin ailənin maşınını da yandırıb, gediblər.

FSB agentləri olan həmin ər və arvadın adı bildirilmir.