İranda zəlzələ olub

İranın dövlət televiziyası məlumat verib ki, avqustun 27-də ölkənin ən böyük səhralıq ərazisi olan Daşte-e Kavirdə 5.9 bal gücündə zəlzələ baş verib.

Silkələnmə zonasına yaxın altı kənddə üç nəfər həlak olub, 40 nəfər də yaralanıb, evlərə ziyan dəyib.

Zəlzələ paytaxt Tehranda da hiss edilib.