Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.
...Əlinin şah barmağının bircə hədəsiylə dünyanın canına qorxu salan, Avropanı, Amerikanı kommunizm yürüşüylə hədələyən kişi – dahi Stalin içəridə, özününkülərə də hərdən hökmünü göstərməli olurdu.
Balaca Stalinlər törənir, respublikalarda, yerlərdə hökmranlıq edirdilər.
Belə tədbirlərin biri Bakıda baş verdi. Bu, olduqca xətalı bir iş, rusların Qafqaza gəlişi, Qafqazın ruslarla öcəşi idi.
Sovetlər İttifaqında ən təhlükəlisi milli düşüncəyə meyldi.
Bu quruluşun başçıları ölkə üçün xatanın oradan yetişəcəyini anlayır, şübhələnirdi.
Yeni bir millət yaranmaqda idi: Dünya, ölkələr bu anlayışı qəbul edirdilər. “Sovet xalqı” deyimi beynəlxalq aləmdə işlənirdi.
Deməli, dünyəvi hüquq qazanmış, zor-xoş bəyənilmişdi.
Bəzən “sovet xalqları” da yox, “Sovet xalqı” işlənirdi. Millətlər sözü bilmərrə yığışdırılmaqda idi.
“Sovet xalqı” “millətləri” büsbütün üstələmiş , aradan çıxarmışdı.
Bu ayaqda yenidən milli hissləri oyatmaq, onları qabartmaq yolverilməzdi.
Millətçilik ən çox Qafqaz bölgəsində, Azərbaycanda, Baltikdə, bəzən də Özbəkistanda ortaya çıxırdı.
Müridizm və Şamil hərəkatı da yenidən çıxarılmışdı mübahisə meydanına.
Söhbət bunda idi ki, respublikada tanınmış tarixçi, filosof, Azərbaycanda marksizm-leninizmin öncüllərindən sayılan Heydər Hüseynovun kitabı çıxmışdı.
Orada Şamil və müridizm hərəkatı barədə araşdırmalar vardı.
Bu kitabdan əks-rus mövqeyi duyulmuşdu. Bu da Moskvada, ölkənin milli oyanışa meylli başqa respublikalarında geniş səda doğurmuşdu.
Kreml, Moskva hirslənmişdi.
Kitabın Azərbaycanda müzakirəsi başlanmış, ittiham yerinə çevrilmişdi.
Müzakirə Myasnikov küçəsində, Siyasi bilikləri yayan cəmiyyətin evində başladı.
Ali məktəblərin, Universitetin tələbələrini də çağırmış, aparmışdılar həmin toplantıya.
Mən də getmişdim. Səhnədə ideoloji katib Həsən Həsənov, respublikanın başqa başçıları və ortada Mircəfər Bağırov əyləşmişdi.
Kitabı yazan Heydər Hüseynov yığıncaqda yoxdu. Kitaba müsbət rəy verənlər, tarixçi və ədəbiyyatçılar da çağırılımışdı.
Bu, elmi söhbətdənsə, məhkəmə iclasına bənzəyirdi.
Mehdi Hüseyn yazmışdı rəylərdən birini. Onu çıxartdılar səhnəyə.
Taxsırını bir qədər duruxaraq etiraf etdi. Ondan sonra rəyçi Məmməd Arif gətirildi xitabət kürsüsünə.
Bütün müəllimlərimizdən möhkəm, enilməz görünən Məmməd Arif sıxılmış, elə bil içi sovrulmuşdu.
Onu tribunada sorğuya tutdular. Mir Cəfər Bağırov çevrilib ona diqqət saldı və birdən bağırdı: “Poşadite etoqo turetskoqo agenta!”
Mir Qəzəbə bələd olanlar dərhal anladılar ki Arifin işi bitdi.
Onu səhnədən yarımçıq endirdilər. Sonra Mirzə İbrahimova söz verildi.
Onun səsi qulaqlarda cingildədi. Mirzə müəllim dedi: “Mən yazmamışam o rəyi? Mən qələt eləmişəm!”
“Qələt” sözünü onca ucadan, acıqla dedi, mat qaldıq. Ona qədər elə bilirdim “qələt eləmişəm” “pox yemişəm” deməkdir.
Demə Mirzə müəllimin doğulduğu İranda “qələt” “səhv” deməkmiş.
Bununla o sözü Mirzə elə ürəkdən, elə kəskin söylədi ki, eləcə bizim anladığımız mənada səsləndi.
Ertəsi nə Məmməd Arif müəllim, nə onun zövcəsi, bizim pedaqogika müəlliməmiz Zümrüd xanım Universitetdə görünmədilər.
Dedilər onları Universitetdən çıxarmış, Sumqayıta, boru zavoduna fəhlə göndəriblər.
Sumqayıt onda yenicə başlamışdı tikilməyə. Yaxşı ki Sumqayıta göndəriblər. Sibirə yox.
Otuz yeddinci il tutğuları onca qurbanlar aparmışdı, bu, əlli ilə bəs eləyərdi, “xalq düşməni planı” Azərbaycanda artıqlaması ilə ödənmişdi.
“Sibir yatablarını” yeniləşdirmək istəmirdilər...
Adamı Sibirə göndərib, buzlaqlarda dondurub öldürmürdülər. Boğazına daş bağlayıb Nargində, Pirallahı və ya Qum adasında dənizə atmırdılar.
Onu - öldürülməli kəsi vadar edirdilər ki, o özü özünə cəza versin. Özü özünün qatili olsun.
Heydər Hüseynovun ölümü sükutla qarşılandı, kimsə bu barədə danışmadı, mətbuatda bir kəlmə yazılmadı.
O, bağda şah damarını kəsmişdi. Azərbaycanda marksizmin yorulmaz yayıcısı həmin marksizm siyasətinin qurbanı olmuşdu.
Müridizm, Şamil hərəkatı söhbəti yığışıldı. Müəllimlərimiz susdular, tütəyin dilini çəkdilər...
***
...Qəzet indiki kimi asudə deyildi. İndi hökumətə, dövlət başçılarına qarşı yazılmış “köşə”lərdəki tənqidlərin heç yüzdə biri qədər demək olmazdı.
Qəzetlərin qənimi “Qlavlit” vardı. Bütün çap məhsuluna orada baxılır, “Qlavlit”in möhürü vurulandan sonra çapa icazə verilirdi.
“Qıavlit” ağalıq edir, hökm sürürdü. Elə say olmazdı, oraya “Qlavlit”in bir iradı olmasın.
Daha artıq yazıçıların qəzet, jurnalına göz qoyulur, pozulur, qırmızı xətlənir, kəsilirdi.
Cəmi iki-üç qəzet çıxırdı. “Bakinskiy raboçiy” risca, “Kommunist” azərbaycanca, “Kommunist” ermənicə.
Hər üç qəzet Mərkəzi Komitənin orqanı idi. Ən sayılanı, nüfuzlusu “Bakraboçi” idi.
Rusca çıxırdı, orada gedən məqalələri bəzən Azərbaycan dilində çıxan “Kommunist” qəzetində də buraxmalı olurdular.
“Bakinskiy raboçiy” bütün ölkədə hakim olan rus dilində, rus mövqeyindən çıxır, başlıcası bizdə, yerlərdə dövlətin sözü sayılırdı.
“Bakinski raboçi”nin baş redaktoru az qala Mərkəzi Komitənin birinci katibinə də yol göstərmək behində idi.
Moskva yerlərdə daha artıq bu qəzetlərə inanırdı. Amma o qəzetin də hərdən xoruz buraxmağı olurdu.
Müharibə illərində “Bakraboçi”də belə bir xəta olmuşdu. Ali baş komandanın əmri çap olunmuşdu.
“Qlavnokomanduyuşiy” yerinə “Qavnokomanduyuşiy” getmişdi.
Qlavnokomanduyuşiy isə İ.V.Stalin idi.
Deyilənə görə, həmin səhvdən sonra “Bakraboçi”nin baş redaktoru özünü öldürmüş, yoxsa ürəyi partlamışdı.
Bunu kimsə, mətbəə işçiləri, yığıcılar qəsdənmi edirdi, yoxsa diqqətsizlik baş verirdi? Demək çətindir.
Amma orası doğru idi ki, fəhlə sinfi içində ən savadlısı, ayığı mətbəə işçiləri, poliqrafçılardı.
Bəzən baş redaktorla arası olmayan, onu sevməyən çapçı, yığıcı, metranpaj gördüyünə göz yumur, səhv buraxırdı...
***
...İrana keçən sovet qoşununun içərisində Sovet Azərbaycanından xeyli adam, adlı-sanlı, sınanmış kommunist, ziyalı, partiya işçisi, yazıçı, jurnalist göndərilmişdi.
Mərkəzi Komitənin ideoloji katibi olmuş mənim yerlim, soltanlı Həsən Həsənov, mənim yerlim, Cəbrayılın Daşkəsən kəndindən olan Maarif naziri Mehdi Mehdizadə, “Kommunist” qəzetinin baş redaktoru olmuş İsrafil Nəzərov, yazıçılardan Ənvər Məmmədxanlı, Qılman İlkin və s. Ali Sovetin sədri vəzifəsindən çıxarılan, yenə Yazıçılar İttifaqının sədri gəlmiş cənubi azərbaycanlı, xalq yazıçısı Mirzə İbrahimov.
Mən Həsən Həsənovla, Mehdi müəllimlə görüşmüşdüm.
Bəlkə orada apardıqları iş barədə danışmışdılar. Amma nə danışmışdılar huşumda qalmayıb.
Ənvər Məmmədxanlı və Qılman İlkinlə söhbət unudulmayıb. Mən onlardan soruşmuşdum:
Niyə Cənubi Azərbaycanda olduqlarından, oradakı hadisələrdən yazmayıblar?
Qılman müəllim susmuşdu. Ənvər Məmmədxanli andırmışdı: Orada sovetlərin əliylə elə dəhşətlər törədilib ki onları yazmaq olmaz.
Mən də söyləmişdim, gərək yaza idiniz. İndi olmasa da, sonralar nəşr etdirərdiniz.
Bilmirəm bəlkə də Ənvər Məmmədxanlı, Qılman İlkin, bir başqası orada nələ baş verdiyini yazıblar?
Xatirə, memuarlar var, amma ortaya çıxarmayıblar. Mən özlüyümdə düşünürdüm:
“Niyə Mirzə İbrahimov İrandakı fəaliyyəti barədə bir yazı yazmayıb. Heç olmasa iki-üç məqalə ilə söyləməyib”.
Bu, danışılası söhbət deyilmiş. Doğrudur Mirzə İbrahimov oradan “Gələcək gün” romanı yazmışdı.
Pis əsər deyildi. Həmin romana görə ona Stalin mükafatı vermişdilər.
Amma o, hadisələri üzdən göstərən, sovetsayağı bir əsərdir. İşin bir tərəfi göstərilib.
Amma Sovet qoşunlarının, sovet missiyasının, KQB-nin orada nələr elədiyi, əməlləri, təxribatlar, şantaj və qəsdlər büsbütün qapalı saxlanılmışdı.
Dövlət sirri təki gizlədilmişdir. Əslində İranda başlanmış inqilabi hərəkatda Sovet İmperiyasının əməllicə rolu olmuşdur.
Bunlar qoymuşdular işin himini, Cənubi Azərbaycan xalqının azadlıq istəklərindən bəhrələnmişdilər.
Ənvər Məmmədxanlı yana-yana söylədi: “Bir kənddə sayılan, el arasında böyük hörməti olan ağsaqqalı aradan götürmək lazımmış.
Xalq ona inanırmış, qulaq asırmış. Bizim təxribat-kəşfiyyatçılar yoxsul bir kəndçini öldürüb gətirib atırlar həmin ağsaqqalın evinin qabağına.
Səhəri hay salırlar: “Bəs bu qantökən günahsız, yoxsul bir insanı öldürmüşdür. Meyidi də odur onun qapısında”.
Beləliklə kəndin ağsaqqalı, mötəbər kişini şərləyib aradan götürürlər.
Bu bir kənddə adicə bir təxribatdır. Gör bizim bilmədiyimiz necə dəhşətlər, əməllər törədilib.
Bütün bunları hamıdan yaxşı Mirzə İbrahimov bilməliydi. Azərbaycandan göndərilmiş missiya dəstəsinin başçısı o – Mirzə İbrahimov olmuşdu.
Yazıçılar İttifaqında yığıncaqdı.
Mübahisə düşmüşdü. İclası Yazıçılar İttifaqının başçısı Mirzə İbrahimov aparırdı. Novruz Gəncəli kiminləsə öcəşirdi.
O bir vaxt Mərkəzi Komitədə təlimatçı işləmişdi.
Qoltuğunda qovluq Yazıçılar İttifaqına elə gəlib-gedirdi ki, elə bil yer üzündə ən ixtiyarlı adamdı.
Sonralar da o, iddiasından düşmürdü.
Yığıncaqda Mirzə İbrahimov onun sözünü kəsdikdə, Novruz Gəncəli bildirdi:
“Biz lazımi yerinə çatdırarıq!”
Novruz “lazımi yer” dedikdə, KQB-ni gözə soxurdu.
Mirzə İbrahimov acı-acı güldü və söylədi: “Ay Novruz! Biz elə hamımız o yerin adamıyıq!..”
Həmçinin oxu
Sabir Əhmədlini "Ədəbiyyat" qəzetindən necə çıxardılar?
"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"
“Yaxşı yazıçısan, amma antisovetsən”...
“Hansı köpəyoğlu boynuna alar ki, vicdansız odur”