Rusiya prezidenti sentyabrın 2-də gələcək

Sentyabrın 2-3-də Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycanda rəsmi səfərdə olacaq. Bu haqda Rusiya prezidentinin saytı məlumat verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, səfər zamanı iki ölkə sərhəddinin delimitasiyasına və sərhəd Samur çayında su resurslarının bölünməsinə dair bir sıra ikitərəfli sənəd və sazişlərin imzalanması gözlənilir.