İlham Əliyev ATƏT dövlətləri başçılarının sammitində iştirak edəcək

Prezident İlham Əliyev dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT dövlətləri başçılarının sammitində iştirak edəcək.

Bugünkü mətbuat konfransında Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov bildirib ki, son 11 ildə ilk dəfə keçiriləcək sammitdə ATƏT-in perspektivdə strateji fəaliyyət istiqamətlərinin müəyyən olunması nəzərdə tutulur. Konkret gündəliyə gəlincə, bu, hazırda XİN rəhbərləri səviyyəsində razılaşdırılır.

Sammitdə Avropada təhlükəsizliyə, Əfqanıstanda, Qırğızıstanda vəziyyətə dair qərarların müzakirəsi və qəbulu gözlənilir.