Bir silahlı öldürülüb, iki milis yaralanıb

Kabardin-Balkarın Urvan rayonunda bir silahlı öldürülüb, iki milis yaralanıb.

“İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, dünən gecə Starıy Çerek kəndində iki yerli sakin onların sənədlərini yoxlamaq istəyən milislərə atəş açıb. Onlardan biri öldürülüb, digəri qaçıb.

İstintaq öldürülən şəxsin hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktı və hücumlarda iştirak etdiyini güman edir.