Moskvadakı Karneqi Mərkəzinin direktoru Dmitri Trenin bu günlərdə məqaləsi çap olunub. Məqalədə Rusiya ilə Gürcüstan arasında sülh razılaşması ilə bağlı təklif irəli sürülür.
Dmitri Treninin məqaləsinə görə, iki ölkə arasında yaranmış çıxılmaz vəziyyətin bir məntiqi həll yolu var. Bu, iki istiqamətdən ibarətdir. Birincisi, Gürcüstan Abxaziyanın müstəqilliyini tanıyır. Əvəzində Qali rayonunu geri alır. Qali rayonunda yaşayanların əksəriyyəti etnik gürcülərdir.
İkincisi, Gürcüstan Cənubi Osetiyaya aralıq status verir. Bu statusa görə də Cənubi Osetiyanın təhlükəsizliyinə Rusiya təminat verir. Ancaq əvəzində Rusiya buradan qoşunlarını çıxardır.
SAAKAŞVİLİ ƏNGƏLDİR
Yazı müəllifi deyir ki, ancaq bu planın həyata keçirilməsində bir əngəl var. Bu da prezident Saakaşvilidir. Birincisi, çünki o pis adamdır. İkincisi də Rusiya liderləri Putinlə Medvedev söz veriblər ki, onunla heç bir danışığa getməyəcəklər. Belə görünür ki, onlar sözlərinə xilaf çıxmaq niyyətində deyillər.
Ancaq əgər Saakaşvili 2013-cü ildə prezidentlikdən getsə və sonra baş nazir olmasa, onda planın həlli real olar.
Nəzəri cəhətdən hər şey mümkündür. Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması artıq qeyri-mümkündür. Çünki Rusiya buna heç vaxt yol verməyəcək. Ona görə ki, həmin bölgələrin əhalisi bunu istəmir. Hazırkı vəziyyətlə müqayisədə belə həll variantı Gürcüstan üçün də məqbul ola bilər.
PROBLEM SADƏCƏ SAAKAŞVİLİDİRMİ?
Hər şey ağlabatan görünür. Bəs onda problem nədir? Problem sadəcə Saakaşvilidirmi?
Əlbəttə, bir şey dəqiqdir ki, problemin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflər bunu istəməlidirlər. Xüsusilə də hər iki tərəfin çox ağrılı güzəştlərə getməsi vacib olanda. Ona görə də təsəvvür etmək ki, Gürcüstanın hər hansı bir lideri bu güzəştlərə gedəndən sonra hakimiyyətdə qala biləcək, bu, çox çətindir.
Treninin yazısının altında şərhlər də verilir. Həmin şərhlərdən birində öz adını qeyd etməyən bir nəfər yazır ki, ümumiyyətlə, biz niyə görə Gürcüstanla sülhə nail olmaq istəyirik ki? Biz niyə görə Cənubi Osetiyanı geri verməliyik?
GÜRCÜSTAN «TROYA ATI»DIR
Həqiqətən də 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə etmiş Rusiya üçün bu olduqca qeyri-məntiqi alınar. Çünki həmin vaxt müharibəyə başlayanda Rusiya bu ideyadan çıxış etdi ki, Qərb Rusiyanın düşmənidir və Gürcüstan da Rusiyanın arxasında bir növ «troya atı»dır.
Gürcüstan və onun xarici himayədarlarına bir dərs verməyin artıq vaxtıdır. Onlara göstərmək lazımdır ki, yaxın xaricdə boss kimdir. Rusiya bu ideya ilə müharibəyə başlamışdı.
O vaxtdan sonra da elə bir dəyişiklik baş verməyib. Gürcüstan rəhbərliyinə dərs vermək mümkün olmayıb. Çünki Saakşvili hələ də hakimiyyətdədir.
MEDVEDEV RUSİYASI
Moskvada Amerika mərkəzi üçün işləyən Trenin məqaləsi ingilisdilli mətbuatda çıxıb. O ənənəvi rus yanaşmasından yox, fərqli bir yanaşmadan çıxış edir. Treninin təsəvvür etdiyi Rusiya bir çox Qərb analitiklərinin və siyasətçilərinin görmək istədiyi Rusiyadır. Bunu da Putin Rusiyasının əksi olaraq şərti olaraq Medvedev Rusiyası adlandırmaq olar.
Bu, Rusiya bir tərəfdən ölkəsinin superdövlət statusundan imtina etmir, ancaq ikinci bir tərəfdən Qərbi artıq düşmən kimi görmür. Əksinə, ölkəsini müasirləşdirmək üçün onunla bir ittifaq qurmaq istəyir.
Heç kim bilmir ki, bu söylənilən Rusiya nə anlamına gəlir. Qərb Medvedev Rusiyasını tam başa düşmür. Ancaq belə bir nəticə çıxarır ki, Medvedevi gücləndirmək lazımdır. Ən azından onun zəifləməsinə çalışmamalıdır. Düzdür, Medvedev Rusiyası sonda demokratik Rusiya olmayacaq. Ancaq hər halda hərəkətləri daha ağlabatan təxmin edilən bir ölkə olacaq. Belə bir Rusiyanın Gürcüstanla münasibətlərini yaxşılaşdırmağa ehtiyacı var.