Bakıda rok festivalı keçiriləcək

Bakıda «Payız metalı» adlı beynəlxalq rok festivalı keçiriləcək.

Festivalın oktyabrın 16-da açılması planlaşdırılır. Tədbirdə iştirak etmək üçün Rusiya, Ukrayna, Türkiyə və Gürcüstandan musiqiçilər dəvət olunub.

Azərbaycan rokunu aparıcı qruplar, o cümlədən «The midnight» və başqaları təmsil edəcəklər.

Festivalın təşkilatçıları deyirlər ki, tədbir xalqların dostluğuna, «Death is Just Beginning» qrupunun bu yaxınlarda ölən bas gitaraçısı Cimin xatirəsinə həsr olunub.