Yaxın Şərq sülh danışıqlarının bərpası gözlənilir

Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə baxçayaraq Vaşinqtonda sülh danışıqlarının bərpası gözlənilir.

Çərşənbə axşamı İordan çayının qərb sahilində törədilmiş hücumda 4 israilli ölüb.

Hücuma görə cavabdehliyi Həmas qrupu üzərinə götürüb.

Vaçinqtonda ABŞ prezidenti Barak Obama,Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamnin Netanyahu arasında görüş gözlənilir.

Sabah isə birbaşa İsrail-Fələstin danışıqları başlanmalıdır.

Benyamnin Netanyahu bildirib ki, çərşənbə axşamı tərədilmiş hücum, danışıqlarda təhlükəsizlik sahəsində kompramisə getməyin mümkün olmadığını göstərir.

ABŞ və Fələstin rəhbərliyi bu hücumu pisləyiblər.