Kadırov çeçen komandirlərinin başına 10 milyon rubl qoyub

Çeçenistan rəhbəri Ramazan Kadırov yaraqlıların liderləri barədə məlumat verənlərə 10 milyon rubl mükafat vəd edib.
Bu siyahıya Aslambek Vadalov, Zaurbek Avdorxanov və digərləri daxildir.
Kadırov onların rəhbərlik etdiyi qruplara daxil olan 12 yaraqlının ötən bazar keçirilmiş əməliyyatda öldürüldüklərini deyir.
Həmin əməliyyat zamanı həmçinin 6 milis və 1 dinc sakin ölüb.