Bağdadda azı 7 nəfər ölüb, 20 adamsa yaralanıb

Bağdadın şərqində törədilmiş partlayışda azı 7 nəfər ölüb, 20 adamsa yaralanıb.

İntiharçılar könüllülərin səfərbər edildiyi bazaya hücum ediblər.

Hələlik ölü sayı rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Avqustun 17-də məhz bu bazada törədilmiş partlayış 59 adamın ölümüylə nəticələndi.

Bugünkü partlayış, Vaşinqtonun İraqda hərbi əməliyyatların başa çatmasını bəyan eləməsindən az sonraya təsadüf edir.