Həlak olmuş döyüşçülərin ailələrinə verilən təqaüd artırıldı

Azərbaycan prezidenti İlham Əliyev «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması haqqında fərman imzalayıb.

Sənədə əsasən «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün aylıq məbləği 50% artırılaraq 150 (yüz əlli ) manat məbləğində müəyyən edilib.