Dövlət Departamenti diplomatlar üçün narahatdır

Dövlət Departamenti bütün dünyadakı ABŞ səfirliklərini Quranın yandırılması planına görə təhlükəsizlik tədbirlərini görməyə çağırıb. Florida yerləşən 50 nəfərdən ibarət dini icma sentyabrın 11-də ictimaiyyətin qarşısında Quran kitablarını yandırmağı planlaşdırır.

Onlar bununla 11 sentyabr terror aktları qurbanlarının xatirəsini yad eləmək istəyirlər.
Deplomatlar müsəlmanlar arasında mümkün etiraz aksiyalarının miqyasını qiymətləndirməlidir.

ABŞ prezidenti Barak Obama, dövlət katibi, hərbçilər və dini liderlərin kəskin tənqidlərinə baxmayaraq Floridalı keşiş Terri Con Quranı yandırmaq planından əl çəkmək niyyətində olmadığını bildirib.

ABŞ rəsmiləri müsəlmanların müqəddəs kitabının yandırılmasının anti-Amerika əhval-ruhiyyəsi yaradacağından və müsəlman ölkələrində olan ABŞ qoşunları, diplomatlar və turistlər üçün təhlükə yaradacağından narahatdır.