Həmsədrlər Edvard Nalbandyanla görüşüblər

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Bu barədə Ermənistan mətbuatı nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir.

Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər Robert Bradke, Bernar Fasie və İqor Popov bundan əvvəl Bakı və Xankəndidə keçirdikləri görüşlərin nəticələri barədə Edvard Nalbandyana məlumat veriblər.