Ölənlərin ailələrinə milyon rubl veriləcək

Vladiqafqaz bazarında törədilmiş partlayışda ölənlərin sayı 17-ə çatıb.

122 nəfərsə yaralanıb.

Bu gün intiharçı şəhərdəki mərkəzi bazarın girəcəyində minalanmış maşın partladılıb.

Partlayış 30 kq trotil gücündə olub.

Yaxınlarını itirmiş hər bir ailəyə milyon rubl kompensasiya ödəniləcək.

Sentyabrın 10-u Şimali Osetiyada matəm günü elan edilib.