Amerikalı pastor Quranı yandırmaq fikrindən daşınıb

Terri Cons

11 sentyabrda Quranı yandırmaqla hədələyən amerikalı pastor Terri Cons fikrindən daşınıb.

O, NBC televiziyasına müsahibəsində bunu heç zaman etməyəcəyini deyib.

Florida ştatındakı 50 nəfərlik dini icmaya rəhbərlik edən Terri Cons bundan əvvəl 11 Sentyabr terror aktlarının ildönümündə Quranı yandıracağını bildirmişdi.

ABŞ hökuməti onu bu fikirdən əl çəkməyə çağırmış və bunun ölkənin əsas dəyərlərindən olan dini dözümlülüyə zidd olduğunu bəyan etmişdi.

Terri Consun bu planı müsəlman ölkələri başda olmaqla dünyada böyük rezonans doğurub.