Türkiyədə referendum keçirilir

Türkiyədə ölkə konstitusiyasına düzəliş edilməsilə bağlı referendum keçirilir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan hökuməti hesab edir ki, dəyişikliklər ölkənin demokratikləşməsi və Avropa standartlarına yaxınlaşmasına xidmət edəcək.

Müxalifət və hərbçilər isə hesab edirlər ki, Ərdoğan və onun islamçı partiyası hakimiyyətdə daha çox qalmaq və ölkədəki sivil quruluşu dəyişməyə çalışırlar.

Bu dəyişikliklərdən biri hakimlərin seçilməsinə aiddir.

Müxalifət hesab edir ki, bu hakimiyyətin məhkəmə sisteminə təsir eləməsinə imkan açacaq.

Bundan başqa ölkənin siyasi həyatında hərbçilərin səlahiyyətinin azaldılması nəzərdə tutulur.