Parlament sonuncu sessiyasına hazırlaşır

Milli Məclisin binası

2005-ci ildə seçilmiş Milli Məclisin sonuncu sessiyası sentyabrın 30-da start götürəcək.

Parlament komitələri isə sentyabrın 15-də fəaliyyətə başlayaraq payız sessiyasının gündəliyinə çıxarılacaq qanun layihələrinə baxacaq, iş planı müəyyən ediləcək.

AzərTAc xəbər verir ki, payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri 2011-ci ilin dövlət büdcəsi və bu paketə daxil olan digər sənədlər olacaq.

Sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənir.