Yanacağın qiymətindən nə xəbər var?..

Yanacağın qiymətinin artırılması ilə bağlı axırıncı qərar 2007-ci ildə verilib

Sənaye və Energetika naziri Natiq Əliyev sentyabrın 13-də belə deyib. O, son dövrlər yanacaqda avro standartlarının tətbiqindən sonra qiymətlərin artırılması ilə bağlı yayılan xəbərləri «şayiə» adlandırıb.

Yanacağın qiymətinin artırılması ilə bağlı axırıncı qərar 2007-ci ildə verilib. Azərbaycanda A-95 markalı avtomobil benzininin qiyməti 60 qəpik, A-92 və A-80 markalı benzinin qiyməti – 55 qəpik, dizel yanacağının qiyməti isə 45 qəpikdir.