Gənclər və İdman Nazirliyində qanvermə aksiyası keçirilib

Gənclər və İdman Nazirliyində «Gənc qan donorları, insan həyatını birgə xilas edək» devizi altında qanvermə aksiyası keçirilib. Aksiyada nazirliyin 100-ə yaxın əməkdaşı ilə yanaşı, tibb müəssisələri və tələbə gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Tədbirin keçirilməsinin əsas məqsədi talassemiyalı, qan azlığından əziyyət çəkən uşaqlara kömək etməkdir.