Jurnalistlərin Müdafiəsi Təşkilatı Qazaxstanı tənqid edir



Jurnalistlərin Müdafiəsi Təşkilatı Qazaxstanı islahatlarla bağlı verdyi sözü yerinə yetirməməkdə ittiham edib. Nyu-Yorkda yerləşən media təşkilatının xəbərində deyilir ki, rəsmi Astana ATƏT-in sədri olarkən insan hüquqları və media azadlığı ilə bağlı vədlər verib.
Təşkilatdan deyirlər ki, buna baxmayaraq prezident Nursultan Nazarbayev hökuməti vədinə sadiq qalmayıb və zorakılıq halları intensivləşir.