Azərbaycandakı böyük kitab dükanları, onların işi, problemləri ilə bağlı yeni rubrikada ilk müsahibimiz «Əli və Nino» kitab mağazaları şəbəkəsi və nəşriyyat evinin təsisçisi Nigar Köçərlidir.
- Kitab bazarında durum necədir? Hər zaman şikayətləndiyiniz durğunluq davam edirmi?
- Biz artıq 9 ildir ki, kitab bazarındayıq. Vaxtaşırı, məsələn yarmarkalar, digər təbliğat xarakterli kampaniyalar keçirilən zaman canlanmalar olsa da çox təəssüf, bu məsələ ilə bağlı nikbin fikirlər səsləndirə bilməyəcəyəm.
Düşünürəm ki, bu həm də ölkədəki ümumi ab-hava ilə bağlıdır.
Azərbaycanda 8 kitab mağazası var. Müqayisə üçün deyim ki, əhalisinin sayı bizdən 2 dəfə az olan qonşu Gürsüstanda bu rəqəm hardasa 10 dəfə çoxdur.
Gürcüstanın kitab mağazalarından «azad» bölgələri isə elə azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Bolinisi bölgələridir.
- Azərbaycandakı bir sıra nəşriyyat evləri, məsələn, «Qanun» nəşriyyatı aylıq kitab satışı statistikasını açıqlayır. Bəz sizin şəbəkə ayda nə qədər kitab satır?
- Sadəcə kommersiya sirri olduğu üçün bu rəqəmləri səsləndirmirik. Bircə onu deyə bilərəm ki, 3 milyon 500 min əhalisi olan paytaxt üçün bu, olduqca gülünc göstəricilərdir.
- Bu 9 ildə daimi müştərilər qazanmısınızmı? Ümumiyyətlə, Bakıda kimlər kitab oxuyur?
- Əlbəttə qazanmışıq. Onlar artıq bizim müştərilərimiz yox, dostlarımızdırlar. Axtardıqları kitabları tapmaqda onlara yardımçı oluruq, yeni ədəbiyyat kataloqlarını elektron ünvanlarına göndəririk.
Azərbaycanda kimlərin kitab oxumasına gəlincə, bu, daha çox 18-25 yaşlı gənclərdir.
Özü də bu məsələdə kişilər və qadınlar arasında balans xeyli dərəcədə xanımların xeyrinə pozulub - alıcılarımızın 75 faizi qadınlar, 25 faizi kişilərdir.
- Ən yeni yerli ədəbiyyatla bağlı belə bir fikir formalaşıb ki, Azərbaycanda bir qrup özü yazıb, özü də oxuyur. Bu fikri bölüşürsüz?
- Bir az bölüşürəm, çünki yerli ədəbiyyatın oxucusu çox azdır.
Onların da çoxu ədəbiyyata birbaşa bağlı olanlardır.
Xaricə ədəbiyyat yerli ədəbiyyatdan qat-qat populyardır. Məsələn, alıcıların 90-nı xarici ölkə ədəbiyyatı alırsa, yalnız 10-u bizdən yerli ədəbiyyat soruşur.
- Yeri gəlmişkən, ən çox hansı müəllifləri oxuyurlar?
- Yerli ədəbiyyatı nəzərdə tutursunuzsa, son zamanlar Qaraqanın romanları və "Ən yeni ədəbiyyat" seriyasından olan əsərlər tələb olunandır.
Xarici müəlliflərdənsə, əfqan yazıçı Xalid Hüseyninin ruscaya tərcümə olunan romanları xeyli populyardıq qazanıb.
- Qaraqan həm də sizin keçirdiyiniz Milli Kitab Mükafatının qalibi oldu. Milli Kitab Mükafatı layihəsini gerçəkləşdirərkən demişdiz ki, ilk onluqdakı əsrləri xarici ölkələrdə də yayacaqsınız. Planlarınız dəyişməyib ki?
- Təbii, dəyişməyib. İlk onluqdakı əsərləri artıq ABŞ-ın bir sıra kitabxanalarına, o sıradan Kaliforniya Universitetinin kitabxanasına göndərmşik.
- Həm də tərcümə edərək?
- Hələlik Azərbaycan dilində. Ancaq vəsait əldə edə bilsək, mütləq bu əsərləri xarici dillərə tərcümə edəcəyik. Bayaq ona görə Kaliforniya Universitetinin adını çəkdim ki, orada Azərbaycan dili kursları açılıb.
Buna görə də Azərbaycan ədəbiyyatına maraq artıb.
Yeri gəlmişkən biz indi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə bayaq söhbət açdığım əfqan yazıçısı Xalid Hüseyninin romanlarından birini Azərbaycan dilinə tərcümə etməyə hazırlaşırıq.
Xalid Hüseyni son illər dünyanın ən populyar yazıçısıdır. Məncə, bu, Azərbaycandakı kitab həvəskarları üçün olduqca maraqlı olacaq.
- Milli Kitab Mükafatını yenə keçirəcəksinizmi?
- Mütləq. Bu ədəbiyyat yarışmasını hər il keçirməyi planlaşdırırq.
- Layihələrindən danışdız. Azərbaycandakı mobil operatorlarla da layihələriniz var.
- Bəzən gənclər şikayətlənirlər ki, kitablar bahadır.
Biz də deyirik ki, bəs sizin tez-tez dəyişdiyiniz mobil telefonlar ucuzdur? Bilirsiz ki, mobil rabitə vasitələri insanların, xüsusən də gənclərin həyatına çox dərindən nüfuz edib.
Biz də çalışırıq mobil operatorlarla kitabı, ədəbiyyatı təbliğ edən kampaniyalar keçirək. Məsələn, Azərcell-in «Maksimum Gənc» kampaniyasına qatılanlar «Əli və Nino» kitab mağazaları şəbəkəsindən 20 faizlik endirim əldə edirlər.