İlham Əliyev Türkiyədə ikitərəfli görüşlərə başlayıb

Azərbaycan prezidenti İlham Əliyev türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçiriləcək X Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlərə başlayıb.

ANS-in məlumatına görə, hazırda İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşür.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, habelə regional və beynəlxalq məsələlər müzakirə olunur.
Görüşün əsas hissəsi jurnalistlər üçün qapalı olub.