BVF Qırğızıstana 33 milyon dollar güzəştli kredit verir

Beynəlxalq Valyuta Fondu Qırğızıstana 33 milyon dollardan çox güzəştli kredit ayırıb.

Kredit ölkənin üzləşdiyi iqtisadi çətinlikləri aradan qaldırmaq üçün verilir.

Beynəlxalq Valyuta Fondun bəyanatında bildirilir ki, bu il Qırğızıstanda baş verən siyasi və etnik münaqişə ölkə iqtisadiyyatına ciddi təsir edib, kənd təsərrüfatı, infrastruktur obyektləri, ticarət və xidmət sahəsi ziyan görüb.