Türkiyədə partlayışda 8 nəfər ölüb

Türkiyənin cənub-şərqində partlayış zamanı 8 nəfər ölüb.

Türkiyə mətbuatının məlumatına görə, İraq və İranla həmsərhəd Hakkari rayonu ərazisində sərnişin mikroavtobusu minaya düşərək partlayıb.

Hökumət hücuma görə rayonda fəaliyyət göstərən kürd yaraqlılarından şübhəli bilir.