Aeroflot 50 yeni Boeing 737 təyyarəsi alır

Rusiyanın dövlət hava yolları şirkəti Aeroflot 50 yeni Boeing 737 təyyarəsi almaq qərarına gəlib.

Sentyabrın 17-də verilən məlumata görə şirkət bunun üçün 3.7 milyard dollar pul xərcləyəcək. Bununla da Aeroflot getdikcə köhnəlməkdə olan təyyarə parkını yeniləməyə çalışır.