Danimarka polisi partlayışa görə çeçeni saxlayıb

Danimarka polisi Kopenhagen otellərindən birində sentyabrın 10-da baş verən kiçik partlayışı bir əlil idmançı törədib. Polisin məlumatına görə o, otelin hamamında bombalı məktub düzəldərkən o partlayıb və özünü yaralayıb. Polis onu otelin parkında saxlayıb.

Polis bu bombalı məktubun 2006-cı ildə Məhəmməd Peyğəmbərin kariakturalarını çap edən qəzetin redaksiyasına göndərilmək üçün hazırlandığını guman edir.

Polis tutulan adamın şəxsiyyətini aydınlaşdırmağa çalışır.