Polşa məhkəməsi Zakayevi azad etdi

Ahmed Zakayev

Polşa məhkəməsi mühacirətdə olan çeçen lideri Ahmed Zakayevi azad edib. Məhkəmə onun Rusiyaya verilməsi barədə tələbləri rədd edib.

Ahmed Zakayev sentyabrın 17-də Varşavada saxlanmışdı. Rusiya onu terroçuluqda ittiham edərək beynəlxalq axtarışa verib. Polşa polisi də İnterpol qarşısında bu öhdəliyini icra etdiyini bildirib.

Amma Ahmed Zakayev 2003-cü ildə Britaniyada yaşayır və bu ölkə ona siyasi sığınacaq verib. O, Varşavaya Ümumdünya Çeçen Konqresində iştirak etmək üçün getmişdi.