ATƏT Goranboyda monitorinq keçirəcək



Sentyabrın 22-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək. ATƏT-in mətbuat xidmətinin məlumatına görə, monitorinq Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcək. Qarşı tərəfdə isə səhra köməkçiləri Antal Şedriç, Xristo Xristov və Uilyam Prayor iştirak edəcəklər