Gül Sarkisyanı təbrik edib

Türkiyə prezidenti Abdulla Gül Ermənitanın müstəqilliyini elan etməsinin 19-cu ildönümü münasibətilə bu ölkənin prezidenti Serj Sarkisyana təbrik göndərib.

Məktubun mətninin hələlik heç bir prezidentin saytı çap etməyib. Amma AzadliqRadiosunun erməni xidməti prezident aparatındakı mənbələrə istinadla bildirir ki, orada münsaibətlərin normallaşmasına dair keçən il imzalanmış protokolların iki qonşu dövlət arasında gələcək əlaqələrə baza rolu oynayacağına ümid ifadə edilib.