"İngilislər, ispanlar Amerikaya qızıl ardınca, qara işçi qüvvəsi əldə eləmək niyyətiylə necə gedirdilərsə, o yerlərdə başqalarını necə köləyə çevirmək məqsədi daşıyırdılarsa, anqlo-sakson mədəniyyəti, ədəbiyyatı da bizim mədəniyyəti, ədəbiyyatı eləcə özünün köləsinə çevirib, müstəmləkəsi edib".
Bunu şair Xanəmir Telmanoğlu "Kaspi" qəzetinin ədəbiyyat əlavəsinə verdiyi müsahibədə deyir.
Onun fikrincə, indi Azərbaycanda hamı yeni ədəbiyyatın yaranmasından danışsa da, kimsə yeniliyə cəhd göstərmir. "Kölə təfəkkürüynən inqlab eləmək, kölə təfəkkürüynən yeni ədəbi nümunələr ortaya qoymaq mümkün deyil".
Xanəmir Telmanoğlu "Kimləri Azərbaycanda güclü yazar hesab edirsiniz" sualına belə cavab verib.
- Bizdə yazar çoxdur. İstedadlıları da həddən artıqdır. Bədbəxtçilik elə burdadır ki, istedadlıları həddən artıqdır.
Bizdə həm də ədəbiyyatla belə səmimi olan ikinci bir xalqın yazarlarına rast gəlməmişəm. Səmimisi elə səmimidir ki, Allah da göy üzündən onlara baxıb qibtə eləyir.
Düz deyirlər, həm də, Allah onlara ilhamından–zadından verir, onlar da yazırlar.
Ancaq bu gün dünyada ədəbiyyat anlayışının mahiyyəti, missiyası dəyişdi. Əvəllər ədəbiyyat ideolojilərə xidmət edirdisə, indi ədəbiyyat artıq birbaşa mədəniyyətə yönəlib.
Əvvəllər bədii vasitə informasiya rolunda çıxış edirdisə, indi artıq informasiyasızlıq mühiti yaradaraq, bir tərəfdən də informasiya vermirik, informasiya alırıq kimi bir tendesiya yüklənmişdir ədəbiyyat.
Yəni ədəbiyyat indi verməli deyil, almalıdır. Yenidən başlayır axı yeni dünyanın yeni ədəbi estetik dəyərləri.
Azərbaycanda ədəbiyyatın “daxili orqanlarında “ gedən prosesləri çox az adam duyur. Bunları ən azından yazarların ortaya qoyduqları yazılardan görmək mümkündür.
Bilirsinizmi, bu gün hər yazar öz üslubunu, öz mövzusunu yazmırsa, artıq qələmini qırmalıdır. Bir fikir formalaşıb da. Yazar özünü yazmalıdır. Bu nə deməkdir?
Əslində bir şəxs fərdi duyğu, yaşamını ortaya qoymalıdır.bu fərdi yaşam ictimai düşüncəyə dönüşməliyidi.
İndi isə şəxs yaşamını fərdiliyi fonunda ictimai mahiyyətə çevirməli deyil, ictimai mahiyyət, şəkil, rəy, anlam, fərdin xarakterinə axmalı, fərdin yaşamını doyuzdurub ona şəxsi yaşamında, dünya görüşündə dostluq etməli, evinin içinə kimi girməlidir.
Bu isə bizim yazarların yaradıcılığında ümumiyyətlə, görünməyən tendensiyadır. Divar qəzeti üçün yazılar yazmaq lazım deyil.
Çox iyrənc bir mühit yaranıb. Tanışlıq, pul, qohumluq hesabına bir-birini təriflə, yazar obrazı yarat. Bu nadanlıqdır.
Ancaq bu gün öz qınına çəkilib yazılarıyla məşğul olan gələn qələm sahiblərindən Cəlil Cavanşirin, Anar Gülümsoyun, Əsəd Qaraqaplanın, Raqif Raufoğlunun, İlahənin, Bəxtiyar Elcanın, Bahadur Qobustanın adlarını vurğulamaq istərdim.
- Sizcə nəyə görə bizdə hələ də nadanlıq hökm sürür ədəbiyyat aləmində?
- Düz deyirsiniz, məhz bizlərdə. Çünki Azərbaycan insanı, elə yazarı da sovet təfəkküründən hələ qurtulmayıb. Bizdə həmişə toy tamadalarından, aşıqlardan yazar, şair düzəlmək kimi qaçınılmaz prinsiplər olub.
Bu dövlətin təbliğat maşınına yarayırdı. İndi də eyni həngamə baş alıb gedir. Toy toğluları düşüb ortaya mələyir. Boynunlarındakı pioner qızartısı kimi qırmızı bantları görmürsünüzmü.
Qurbanlıqlar. Yazıqlar olsun. Bu gün 60-cı illərin əsl davamçısı olan yazarlardır ortalıqda gənc, yenilikçi adını qazananlar. İnanmırsınız, onların mövzularına baxın. Yazar təfəkkürü, daşıdığı düşüncə tərziylə kölədirlər.
Kim deyər, bu gün Azərbaycan yazarının daşıdığı, xidmət elədiyi, könül verdiyi, ya ortaya qoyduğu düşüncənin adi nədir.
Mahiyyəti nədən ibarətdir? Bunu söyləyin, mən təslim. Baxın, bu yazarlar kimlərin nökəridirlər, kimlərə işləyirlər. Elə bilirlər ki, sifarişli yazı yazmaq təkcə kiminləsə müqavilə imzalamaqdan ibarətdir.
Xeyir, dostum, sən SOROS-dan maliyə al, anqlo-sakson mədəniyyətini təbliğ edən fikirlər səsləndir, Vatikanın proqramı üzrə hərəkət eləyərək yazılarını o istiqamətdə köklə, imperializmin bizim kimi toplumlara qarşı məqsədlərini bilə-bilə bu möhtəkirliyi qəbul elə, sonra da adını qoy, mən azad, yenilikçi yazaram.
Sən köləsən, kölə. Özgürlük, azadlıq, müxaliflik yazar üçün düşüncə tərzi, təfəkkürü, mövzularıyla mümkündür, qafil.
"Kaspi"