Alkoqollu kokteyl icmək baha başa gəldi

Türkiyə hökuməti İstanbulda keçirilən rəsm qalereyasına edilmiş hücumu pisləyib.

İslamçılar olduğu güman edilən təxminən 30 nəfər çərşənbə axşamı qalereyanın həyətində alkoqollu kokteyl içən qonaqlara daş və dəyənəklərlə hücum ediblər.

Nəticədə 5 nəfər yaralanıb.

Mədəniyyət Nazirliyi bu gün bəyan edib ki, hökumət cinayətkarlara ağır cəza verilməsini tələb edəcək.

Nazirlik müxtəlif adət və ənənələrə hörmətlə yanaşmağa çağırıb.